Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Hərbi xidmətə çağırış yaşı ilə bağlı açıqlama

Azərbaycanda hərbi xidmətə çağırış yaşının artırılması barədə yayılan məlumatlar hazırda söz-söhbət səviyyəsindədir

“Azərbaycanda hərbi xidmətə çağırış yaşının artırılması barədə yayılan məlumatlar hazırda söz-söhbət səviyyəsindədir. Bizim tərəfimizdən belə bir təklif olmayıb”.

Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov deyib: “Hərbi xidmətə çağırış yaşı qanunvericiliklə tənzimlənir. Bununla bağlı Dövlət Xidməti tərəfindən hər hansı bir təklif olmayıb”.

Qeyd edək ki, Azərbaycan hökumətinin çağırış yaşını 18-dən 19-a və ya 20-yə qaldıracağı ilə bağlı müzakirələr aparması barədə məlumatlar yayılıb. Buna səbəb isə 18 yaşlı gənclərin hərbi xidmətə fiziki və psixoloji baxımdan hazır olmamaları göstərilib./apa/
1546 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...