Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

İran MAQATE-dən izahat istədi

Tehran MAQATE-nin İranın nüvə proqramının hərbi xarakter daşıması barədə ittihamına aydınlıq gətirməsini tələb edib.

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi dəlillərsiz ittihamlar irəli sürməkdə günahlandırır.

İranın Atom enerjisi üzrə agentliyinin rəhbəri Əli Əkbər Salehi bildirib ki, MAQATE onlara rəsmi ittihamı və faktları göndərməsə onlar heç bir ittihamı qəbul etməyəcəklər.

Xatırladaq ki, bir müddət əvvəl MAQATE quruma üzv ölkələrin birindən İranın nüvə proqramını hərbi xarakter daşıması ilə bağlı sənəd aldığını iddia etmişdi. Müşahidəçilər isə bu sənədin quruma ABŞ tərəfindən göndərildiyini iddia edir.
1511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15