Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Bakıda daha bir partlayış; ölənlər var - Foto

Bakının Xətai rayonunda "Radioquraşdırma" zavodunun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində partlayış baş verib. 

FHN- Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə yeraltı qaz çənində qaz sızması nəticəsində baş verib.

Məlumata görə, partlayış nəticsində yanğın olmayıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trenbd-ə bildiriblər ki, hadisə saat 16:20-da baş verib.

Hadisə yerinə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) həkim briqadaları cəlb olunub.

Şahidlərinin verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb.

Musavat.com-un hadisə yerində olan əməkdaşı Elşən Balaxanılının verdiyi məlumata görə, hadisə təmir işələri zamanı baş verib. YDM-də qaynaq işləri aparılarkən partlayış baş verib. Əməkdaşımız bildirir ki, hələlik rəsmi şəxslərdən heç kəs baş vermiş partlayışla bağlı açıqlama verməyib.

Neyrocərrahiyyə xəstəxanasının baş həkimi Kabus Dadaşovdun dediyinə görə, bir nəfər yüngül xəsarət almış yaralı Həşim Turabov artıq evə buraxılıb. Onun sözlərinə görə, həlak olmuş şəxslərdən biri Həsrət İmamverdiyevin meyiti hazırda xəstəxanadadır, ancaq digər şəxsin cənazəsi hələ hadisə yerindədir.

YDM-nin işçilərindən biri deyib ki, obyekt bir aydır işləmir. Yəni, partlayış benzindən baş verməyib. Ölənlərin ikisinin də fəhlə olduğu deyilir. Onlar yanacaqdoldurma məntəqəsinin yaxınlığında su borusu çəkirlərmiş.

 

 /teleqraf/

1567 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı