Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Günün daha bir partlayışı: bu dəfə Biləsuvarda

Biləsuvarda güclü partlayış hadisəsi baş verib.

Hadisə bu gün saat 16.30 radələrində şəhərin Heydər Əliyev prospektindəki köhnə "Kimya Birliyi " kimi tanınan idarənin həyətində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakini Cəfərli Şaiq Həsən oğluna məxsus yanacaq daşıyan qoşqulu "KamAZ" markalı avtomobildə qaynaq işləri aparılması çənin partlamasına səbəb olub. Partlayış nəticəsində iki nəfər - sürücü Şaiq Cəfərli və qaynaqçı, Biləsuvar rayon sakini Poladov Əjdər Ziyad oğlu hadisə yerindəcə dünyasını dəyişiblər. Bir nəfər Biləsuvar rayon sakini, 1970 - ci il təvəllüdlü Təzəxan Poladov isə yaralı halda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Faktla bağlı rayon hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində araşdırma aparılır./apa/
1678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber