Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Türkiyə paytaxtını gənclərn etiraz aksiyası bürüdü

Türkiyənin gənclər təşkilatları bu gün  günorta saatlarından etibarən paytaxt Ankarada kütləvi etiraz aksiyalarına başlayıblar.

Aksiya iştirakçıları 2000-ci illərdə keçirilən “Erkenekon” və “Balyoz” əməliyyatları zamanı tutulan hərbçilərin uzun müddət mühakimə olunmadan həbsdə saxlanmalarına etiraz edirlər. Onların buraxılması tələb olunur.

Aksiya iştirakçılarının Türkiyə parlamentinin önünə gələrək burada mətbuata açıqlama verməsinə polis mane olur. Aksiya “azadlıq görüşü” adı altında keçirilir. 

CHP-dən olan millət vəkili Dilək Yılmaz polis rəhbərləri ilə danışıqlar apararaq aksiya iştirakçılarının parlament önünə buraxılmalarını istəyir. Hələlik tərəflər hər hansı razılığa gələ bilməyiblər. Gənclərin rəhbərləri polisin bəyanatı parlament önündən kənarda oxumaları haqda tələbinə boyun əyməyəcəklərini bildirirlər.

Onlar “Ya azadlıq, ya ölüm, ya müstəqil Türkiyə!”, “Mustafa Kamal əsgərləriyik!” şüarları səsləndirirlər./turan/

1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP