Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

ABŞ-da qar fırtınası 16 nəfərin ölümünə səbəb olub

ABŞ-ın şərq hissəsində tüğyan edən qar fırtınası azı 16 nəfərin ölümünə səbəb olub.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bundan əvvəl 11 nəfərin öldüyü bildirilirdi.

Merilend ştatının Xauard dairəsində 45, 55 və 57 yaşlarında olan üç kişi yolu qardan təmizləyərkən ürəktutmasından keçinib. Nyu Yorkda qaryığan traktor hamilə qadını vurub. Qadın aldığı ağır xəsarətlərdən keçinib, lakin həkimlər qeysəriyyə əməliyyatı yolu ilə uşağı xilas edə biliblər. Körpənin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ümumilikdə, ABŞ-ın 22 ştatı qar fırtınasından zərər çəkib. Bu ştatların yarısında fövqəladə vəziyyət elan olunub.

Qeyri-sabit hava şəraiti səbəbindən 500 minədək ev təsərrüfatı işıqsız qalıb, 6500 təyyarə reysi təxirə salınıb.
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu