Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

“Cenevrə-2” danışıqları dövründə Suriyada 5 min insan həlak olub

Cenevrədə danışıqlar prosesi başlanandan bu vaxtadək 5 min insan həlak olub.

“İTAR-TASS”;n verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bildirib.

«Cenevrədə danışıqlar başlanandan bu vaxtadək 5 minədək insan həlak olub. Bu Suriya münaqişəsinin ən məhvedici dövrü olub”, deyə o BMT TŞ-nin Suriyadakı humanitar vəziyyətə həsr olunmuş qapalı iclasından sonra deyib.

Diplomat qeyd edib ki, BMT TŞ-nin digər üzv dövlətləri dərk etməlidir ki, Suriyada vəziyyət getdikcə daha da pisləşir və təxirsiz tədbirlərin görülməsini tələb edir./apa/
1542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:45