Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

14 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Fevralın 14-də yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
1610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 12:22