Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

Rusiya Misirə 3 milyardlıq silah satacaq

Bu silahların alınması hava müdafiəsini gücləndirməlidir

Rusiya və Misir ümumi məbləği 3 milyard dollardan çox olan silah alış-verişi haqqında müqavilə imzalayıb. Rusiya mətbuatının verdiyi məlumata görə, Misir Rusiyadan Miq-29M/M2, hava müdafiə kompleksi, Mi-35 helikopterləri, quru müdafiə kompleksi, müxtəlif silah-sursat və yüngül silahlar alacaq. Misir mətbuatının məlumatına görə, bu silahların pulunu Səudiyyə Ərəbistanı və BƏƏ ödəməlidir.

Rusiya ekspertlərindən birinin fikrincə, bu silahların alınması hava müdafiəsini gücləndirməlidir və Misirin xarici hücumlardan müdafiə imkanlarını genişləndirməlidir.

Qeyd edək ki, keçən ilin payızında ABŞ-da Misirə yardımın həcmi azaldılıb. 1.5 milyar dollarlıq illik hərbi ehtiyacın məbləğini, 1.3 milyard dollara endirib./ans/
1262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:45