Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

Ərdoğan İsrailə şərt qoydu

Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğanın Qəzzanın blokadası aradan qalxmadan İsraillə normal diplomatik əlaqələrin bərpa olunmayacağı ilə bağlı bəyənatına Tel-Əvivdən cavab gəlib.

İsrailin Baş naziri Benjamin Netanyahu Qəzzanın blokadasının müzakirə mövzusu olmadığını açıqlayıb.

Yayılan məlumatlara görə, "Mavi Mərmərə" gəmisinə görə İsrailin təzminat məsələsində iki ölkə arasında razılıq əldə olunmaması da məhz Ərdoğanın bəyənatı ilə bağlıdı. İsrail mətbuatının xəbərinə görə Ankara və Tel-Əviv Mavi Mərmərə gəmisinə görə təzminat barədə razılığa gəlib. Şərtə görə İsrailin ödəyəcəyi təzminat müqabilində Türkiyədə bu işlə bağlı açılmış bütün məhkəmə işləri dayandırılacaq. Ancaq sağların təzyiqindən qorxan Netanyahu bu müqaviləni imzalamaqdan çəkinir. Ərdoğanın da belə şərt qoymasının səbəbi də məhz Netanyahunun müqaviləni imzalamasını gecikdirməsi ilə bağlı olduğu deyilir.
1395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber