Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

Mövsüm Səmədova müalicə təyin edilib

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun vəkili Anar Qasımlı onunla görüşüb. Vəkil “Media forum” deyib ki, Mövsüm Səmədov müalicə müəssisəsində müayinə edilib: “Ona müvafiq müalicə təyin edilib. Yaxın bir-iki həftə ərzində müalicə müəssisəsində saxlanacaq”.

Anar Qasımlı bildirib ki, islamçı lider ayda bir dəfə ailəsi ilə görüşür. Amma rəhbərlik etdiyi partiya funksionerləri ilə görüş verilmir: “Buna görə Mövsüm Səmədov həmişə şikayət edir. Partiyadaşları da görüşə cəhd edir, amma icazə ala bilmirlər”.

Mövsüm Səmədov şərlənərək 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Bakıdakı 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Mövsüm Səmədov fevralın 11-də Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə Müəssisəsinə köçürülüb. O, ümumi halsızlıq və böyrəyində yaranan ağrılardan əziyyət çəkir.
1365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP