Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

2 layihəyə 51 mlrd manat necə xərcləndi?

Azər Mehtiyev: «Bölgələrdə həyata keçirilən layihələr şişirdilib»

«Bu qədər vəsaitin sərf olunması müqabilində biz cəmiyyətdə ciddi dəyişikliklərə gətirən inkişafı görmürük»

On ildə regionların sosial-iqtisadi inkişafı üçün hökumət 51 milyard manata yaxın vəsait sərf edib. Bunu iqtisadi və sənaye naziri Şahin Mustafayev dövlət proqramlarının icrasına həsr edilən tədbirdə səsləndirib. Amma xərclənən vəsaitin müqabilində regionlarda inkişafı görmək mümkün deyil. Bu da bu qədər vəsaitin korrupsiyanın qurbanına çevrildiyini demək üçün əsas yaradır.

Iqtisadçı-ekspert Azər Mehtiyev 51 mlrd manatın proqramlar icra olunduqdan sonra açıqlanmış rəqəm olduğunu deyir. Nə proqramların hazırlanması mərhələsində, nə proqramlar cəmiyyətə təqdim olunanda orada həyata keçirilən tədbirlərin neçəyə başa gələcəyi haqqında heç bir məlumat olmayıb. Yaxud dövlət büdcəsindən vəsait ayrılarkən məhz bu proqramların icrası çərçivəsində tədbirlərin maliyyələşməsi adı altında hər hansı sənəd olmayıb. Sadəcə olaraq son bir-iki ildə, xüsusilə Bakıətrafı qəsəbələrin sosial iqtisadi inkişaf proqramı çərçivəsində layihə həyata keçirilərkən investisiya büdcəsinə bununla bağlı bir ayrıca bənd salınmışdı. O da daha çox həmin ərazilərin su, qaz təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdu. Büdcədə investisiya xərclərinin bölünməsində kənd yollarının bərpası adı altında vəsait ayrılıb.

Ekspertin sözlərinə görə, dövlət tərəfindən tərtib olunan proqramlar daha çox ümumi xarakter daşıyır. Bu proqramların qarşıya qoyduğu məqsədə çatmaq üçün tələb olunan resursların qiymətləndirilməsi olmur. Proqramın nəticələrinin qiymətləndirilməsi üzrə indikatorlar olmur. Belə bir şəraitdə hökumət sonradan bütün bu dövr ərzində regionlara ayırdığı vəsaitin proqramların inkişafına yönəldiyi adı altında hesabat verir: “Regionların sosial iqtisadi inkişafı proqramı adlı sənədlərə baxdıqda görürük ki, o sənədlər daha çox regionlarda müəyyən abadlaşdırma, tikinti quraşdırma işlərinin həyata keçirilməsini nəzərdə tuturdu. Bu da daha çox büdcə vəsaitləri hesabına həyata keçirilən işlərdir, yaxud da oliqarxların nəzarətdə olan sahələrdə müəyyən qurumların yaranmasına gətirib çıxaran fəaliyyətdir. Bu fəaliyyətlərin heç birinin əvvəldən planlaşdırılması olmadığına görə onlara sərf olunan vəsaitlərin real həcmi haqqında məlumat əldə etmək mümkün deyil. Bu baxımdan həmin rəqəmlər daha çox ümumi xarakter daşıyır. Azərbaycanda avtomobil yolları tikilir. 30 illik istismar müddəti olan həmin yollar bir-iki ildən sonra dağılır və yenidən əsaslı təmirə məruz qalır. Onların onsuz da ilkin xərcləri şişirdilir, təmirə əlavə xərclər gedir”.

A.Mehdiyevin fikrincə, 51 mlrd manat vəsaitin xərclənməsi onu göstərir ki, bölgələrdə həyata keçirilən layihələr şişirdilib. Bu qədər vəsaitin sərf olunması müqabilində biz cəmiyyətdə ciddi dəyişikliklərə gətirən bir inkişafı görmürük: “Yalnız parklar salınıb, muzeylər tikilib, yollar salınıb. Onların keyfiyyəti hər zaman narahatçılıq və şübhə doğurur. Bu baxımdan vəsaitin səmərəsiz istifadə olunmasını söyləmək olar”./azadlıq/
1484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:07
Bir gündə