Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2013

Yerə təhlükə yaxınlaşır

Krım astrofizika rəsədxanasının astronomları 400 metrlik asteroid aşkar ediblər.

Ans-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, yeni aşkar edilən asteroid 2032-ci ildə Yerlə toqquşa bilər.

2013 TV135 adlandırılan kiçik planet ulduzlu səma fotolarının tədqiqi zamanı müəyyən edilib. Krımdan sonra bu asteroidi İtaliya, Britaniya və İspaniya mütəxəssisləri də görüblər.

Göy cismi potensial təhlükəli cisimlər siyahısına aiddir. Onun orbiti ilə planetimiz arasında minimal məsafə 1,7 milyon km-dir. 2032-ci ildə bu nəhəng cismin Yerlə toqquşmaq şansı 1/63 mindir. Bu ehtimal kifayət qədər yüksək hesab edilir.

Hazırda Yerlə toqquşmaq riski olan başqa bir asteroid də var. Bu 2007 VK184-dür. Onun yerə düşəcəyi təqdirdə baş verəcək partlayış 2,5 meqaton trotil ekvivalentində qiymətləndirilir.
1765 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber