Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

Jirinovski yenə gözünü yumdu, ağzını açdı

Jirinovski: “Slavyanlar bizim düşmənlərimizdir”

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ənənəsi üzrə türklər deyil, bu dəfə slavyan xalqlarını hədəfə alıb.

Ukrayna mediasının məlumatına görə, “Moskva iqtisadi forumu”nda çıxışı zamanı Jirinovski bildirib ki, Rusiya slavyan mənşəli ölkələrə “qardaş xalqlardı”deməyə son qoymalı və onların müdafiəsinə qalxmamalıdı:

”Bəsdirin, bu “qardaş xalqlardı” ifadəsini işlətməyin! Heç bir qardaş-bacı yanaşması qalmayıb. Unudun bu sözləri, onlar bizim bir nömrəli düşmənlərimizdi, onlar faşist Almaniyasıyladı. Onlar faşistlərlə torpaqlarımızı tapdaladılar. Bütün bu slavyanlar – bolqarlar, serblər, Qərbi Ukrayna... Biz isə onlara hələ də qardaş əli uzadırıq”.

Jirinovski əlavə edib ki, Ukrayna və Baltikyanı ölkələr Rusiyanı özlərindən itələyirlər:

"Bu, nəyə lazımdır? Biz olmasaydıq, onlar çoxdan ölərdilər".
1306 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP