Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

"Heç bir dinin əxlaqi normalarına sığmır"

"Sevginin zina ilə əlaqəsi ola bilməz" - ilahiyyatçı
"Bu günün də təməlində zina durur ki, tam şeytani və küfr mahiyyəti daşıyır. Göründüyü kimi, Valentin gününün heç xristianlığa da dəxli yoxdur"

"14 Fevral - Bu günün, bu bayramın bizə qətiyyən aidiyyəti yoxdur. Heç bir dinin əxlaqi normalarına sığmır. İki zinakarın əməli dini kəbin pərdəsi altında ört-basdır edən bir adam necə müqəddəs kimi qəbul edilə bilər və bu gün də bayram sayılar?

İnterAz gun.az-a istinadən xəbər verir ki, bunu İlahiyyatçı Mirmehdi Seyid Hüseyni bildirib.

O deyib: "Sevgililər gününə ehtiyac olduğunu hesab etmirəm. Dinimizdə sevginin müddəti, vaxtı yoxdur. İslam dini sevgini təlqin edir, insanlara, amma zinanı, əxlaq normalarına qarşı getməyi haram buyurur.

Sevginin zina ilə əlaqəsi ola bilməz. Bu günün də təməlində zina durur ki, tam şeytani və küfr mahiyyəti daşıyır. Göründüyü kimi, Valentin gününün heç xristianlığa da dəxli yoxdur".
1416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
<