Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

“İran Azərbaycanın dəniz donanmasını qarşılamağa hazırdır”

Azərbaycan dəniz donanmasının İran limanlarına gəlməsini müsbət qarşılayırıq - İran Admiralı
"Biz qarşılıqlı şəkildə həmkarlığa hazırıq"

“İran Azərbaycanın dəniz donanmasını qarşılamağa hazırdır”.

İnterAz-ın “İsna” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran dəniz qüvvələrinin komandanı kontr-admiral Həbibullah Səyyari deyib.

O, ölkənin Bəndər-Ənzəli və Astara şəhərlərinə səfəri zamanı limanlara baş çəkib və jurnalistlərin suallarını cavablandırıb. Kontr-Admiral Azərbaycan dəniz donanmasının İran limanlarına gəlməsi ilə bağlı suallarını cavablandırıb.

“Əgər Azərbaycan tərəf də istəsə, bu ilk növbədə rəsmi prosedurlar və xarici işlər nazirlikləri vasitəsilə həyata keçirilməlidir, biz bu addımı alqışlayırıq. Biz qarşılıqlı şəkildə həmkarlığa hazırıq. İran İslam Respublikası Xəzər dənizini sülh və dostluq dənizi kimi tanıyır. Xəzər dənizində təhlükəsizliyi təmin etmək üçün də lazımi imkanımız olmalıdır. Bu addımlardan əlavə lazımi dəniz təchizatlarının verilməsini və təlim məsələlərini də təmin edə bilərik.”
1598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24