Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

Bəhreyndə etiraz aksiyaları bu gün 4-cü ilinə daxil olub - Foto

Statistikalara görə, Bəhreyndəki etiraz dalğası ərəfəsində iki mindən artıq insan həbs edilib ki, onlardan 255-i qadındır

Bəhreyn etiraz aksiyaları sivil və dinc xarakter olması ilə digərlərindən fərqlənir.

Bu gün fevral ayının 14-ü Ərəb baharı proseslərinin ardından Bəhreyndə kral hakimiyyətinə qarşı başlayan etiraz dalğası dördüncü ilinə daxil olub. 2011-ci ilin əvvəllərində Tunis və Misir inqilabının ardından Bəhreyndə başlayan kütləvi etiraz dalğaları digərləri ilə müqayisədə dinc xarakter daşıyıb.

Amma buna baxmayaraq Al—Xəlifə hakimiyyətinin dinc aksiyalara verdiyi cavab yalnız zorakılığ, basqın, həbs, işgəncə və sair qorxunc addımlardan ibarət olub.

Statistikalara görə, Bəhreyndəki etiraz dalğası ərəfəsində iki mindən artıq insan həbs edilib ki, onlardan 255-i qadındır. Həbs edilənlərin arasında çoxlu sayda 18 –dən az yaşı olan onlarla yeniyetmələr var. Ümumilkdə ölənlərin sayı isə 140 nəfər təşkil edib və onlarla insan yaralanıb.

Müxalifət fəallarının vətəndaşlığının alınması, xaricə çıxmalarına qoyulan qadağalar, tutduğu iş və vəzifələrdən azad edilməsi Ali-Xəlifə hakimiyyətinin digər taktikaları olub.

Ölkədə tərəflər arasında Milli dialoqun baş tutmasına baxmayaraq, Ərəbistanın hərbi qüvvələrinin ölkəyə gətirilməsi vətəndaşların hiddətini daha da artııb. Bəhreynlilərin hüquqi tələblərinə və dinc xarakterli etirazlarına baxmayaraq, hələ də onların səsləri eşidilməyib./interaztv.com/



1524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<