Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

Ərdoğan prokurorları məhkəməyə verir

Ərdoğan 17 dekabr əməliyyatları ilə əlaqədar oğlunun və adı çəkilən nazir övladlarının prokurorları məhkəməyə verəcəyini deyib.
Türkiyə mətbuatı xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan bu sözləri keçmiş millət vəkilləri ilə görüşü zamanı səsləndirib. Baş nazir dövlət içində dövlət qurmaq istyənləri tənqid edərək “mənim oğlum da daxil olmaqla nazirlərin övladları kompensasiya tələbi ilə prokurorları məhkəməyə verəcək”. Ərdoğan həmçinin Gülən hərəkatının ona qarşı qarğışlarına da cavab verib:

“Uzun adam” qarğışı

“Bunlar “uzun adam” deyə mənə qarğış edirlər. Sonra da “neçə ildir qarğış edirik, tutmadı” deyə özləri özlərindən şikayət edirlər. Təmiz insan olsaydınız qarğışınız tutardı. Ancaq millət bizə dua etdiyi üçün Allah da kömək olur. Millət bizə səmimi olaraq dua edir, biz də səmimiyik. Onlar isə səmimi olmadıqları üçün ayaqları sürüşür”.
1418 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber