Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

Alim Qasımov İ.Əliyevə xalqına yetiş mesajını verib

Alim Qasımovdan prezidentə xitab: "Xalqsız bu dünyada ucalmaq olmaz"

Xəbər verildiyi kimi, ötən gün İ.Əliyev Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışında iştirak ediblər. Mərasim zamanı muğam səsləndirilib.


Bu zaman masa arxasında oturan xalq artisti Alim Qasımov ayağa qalxaraq xanəndəyə qoşulub. Bir neçə dəqiqə ifadan sonra o, xanəndə Təyyar Bayramova müraciətlə "keç təsnifə ay bala" deyərək ifasını bitirib.

Böyük xanəndəmizin prezidentin qarşısında oxuduğu muğamın sözləri mesaj xarakterlidir və aşağıdakı kimidir:

Kim bizim diyarda qoysa yadigar,
Xalqın ürəyində daima yaşar.
Dolanıb ömürdən keçsə min bahar,
O mərdi dünyada unutmaq olmaz.

Şair, sən də durma yaşayıb-yarat,
Şeirlə səslənsin bu gözəl həyat.
Xalqın nəfəsinə nəfəsini qat,
Xalqsız bu dünyada ucalmaq olmaz.

/musavat/
1532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16