Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

Suriyada 4 sumqayıtlı öldürüldü – (Fotolar)

Suriyada daha bir neçə azərbaycanlının öldürülməsi barədə məlumatlar yayılıb.

Terrorçulara məxsus saytlardan əldə edilən məlumata görə, Suriyada hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlıların böyük əksəriyyəti Sumqayıt sakinidir.

Terrorçular son vaxtlar Suriyada öldürülən azərbaycanlıların bir neçəsinin adını və fotolarını yayıblar. Onlar Hanzala Sumqayıtlı, Abdul Vahid Sumqayıtlı, Abdulmalik Sumqayıtlı, Əbu David Sumqayıtlı və Abdu Razzak kimi təqdim ediliblər.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/


1161 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı