Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

Həcc ziyarətinin qiyməti bəlli oldu

Yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar 4100 manat ödəməli olacaq

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə getmək istəyənlərin sənəd qəbuluna start verib. Şərtlər və qiymətlər də ötən ilki kimi olmaqla, nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalmaq istəyən zəvvarların 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar isə 4100 manat ödəməli olacaq.

Cümə məscidinin axundu Hacı Surxay, zəvvarların tam rahat və təhlükəsiz mənzil başına çatmaları üçün bu il daha yüksək səviyyəli tədbirlər görüldüyünü deyir:

“Kvota məsələsinə gəlincə, bu barədə hələ ki, danışıqlar gedir və gələn ayda dəqiq say bəlli olacaq. Həmçinin, Suriyada və İraqda gərgin vəziyyəti nəzərə alan Qafqaz müsəlmanlar idarəsi, bu baxımdan da zəvvarların təhlükəsizliyini nəzərə alıb. Ziyarətə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb olunur: 4 ədəd 3 x 4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayış”./ans/
1453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39
AB