Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

"Dedilər sat, satmadım, belə oldu"

Bağlanan TV-nin direktoru: "Dedilər sat, satmadım, belə oldu"

Milli Televiziya və Radio Şurası (MTRŞ) Zaqatalanın «Aygün TV»nə verdiyi lisenziya müddətini uzatmayıb. Fevralın 14-də MRTŞ-nın yaydığı məlumatda deyilir ki, «Aygün TV» lisenziya üçün lazım olan sənədləri quruma təqdim etməyib. Məlumatda «Aygün TV»nin fəaliyyəti araşdırılandan sonra orada çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları aşkar edildiyi də bildirilir.

«Aygün TV»nin direktoru Nəzirxan Nuriyev isə "Azadlıq" radiosuna bildirib ki, o bu xəbəri çoxdan gözləyirmiş: «Mənə dedilər ki, televiziyanı onlara satım, mən də satmadım. Nəticəsi də belə oldu. İndi rayona qayıdıram. Bundan sonra nə etmək lazım olduğu barədə düşünəcəyəm».
1335 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP