Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Gürcüstanda "donuz qripindən" ölən var

Gürcüstanda "donuz qripindən" 5 nəfər ölüb, 5 nəfər isə xəstəxanaya yerləşdirilib

Gürcüstanın Samtrediadakı Müqəddəs Ketevan adına Qocalar Evində ağır virus xəstəliyindən 5 nəfər ölüb.

Daha 5 nəfər Kutaisi Yoluxucu xəstəxanasına yerləşdirilib. Xəstəliklərə qarşı Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze xəstələnən qocalarda yüksək istilik və boğaz yolunda vurus olduğunu bildirib. İlkin məlumata görə, xəstələrdə aşkara çıxarılan virus 4-cü qrup , yəni “donuz qripi” virusu aşkar edilib.

Gürcü mətbuatının məlumatına görə, Samtrediadakı Müqəddəs Ketevan adına Qocalar Evində ölən 5 nəfər sakin barədə araşdırma aparılır. Samtredia Bələdiyyəsinin rəhbəri Emzar Şubladze araşdırmanı Samtredia Dairə Prokurorluğunun apardığını bildirib: “Bu insanlar fevralın 12-13-də ölüblər. 5 nəfər ölüb və bir neçə adam da xəstəxanaya yerləşdirilib. Önların ölümünə virusun səbəb olduğu və ya digər səbəbi istintaq müəyyənləşdirəcək,” Şubladze bildirib. Onun sözlərinə görə, son zamanlar qocaların vəziyyəti çox ağır olub./apa/
1359 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21