Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Müsavatda gənclərin kütləvi istefa verəcəyi deyilir

Gənclər Təşkilatının sədri son olaylara münasibət bildirdi

Müsavat gənclər təşkilatından 2 gəncin, Cavanşir Abbaslı və Kərim Kərimovun uzaqlaşdırılması haqda məlumat vermişdik.

Cavanşir Abbaslı təşkilatdan çıxarılmasına münasibət bildirdi və bunu qorxaqlıq kimi qiymətləndirdi: “Müsavat Gənclər Təşkilatında gənclərin kütləvi şəkildə təşkilatdan çıxarılması prosesi günü-gündən artmaqdadır. Bugün də heç bir əsas, xəbərimiz belə olmadan mən və Kərim Kərimli təşkilatdan çıxarılıb. Həftədə bir iclas keçirmək, bizimlə rəqabət aparmaq gücündə olmayan "zavallılar" gəncləri çıxarmaq üçün yalnız iclas keçirirlər. Bu "təmizləmə" siyasətini sadəcə bir qorxaqlıq adlandırıram”-deyə Cavanşir Abbaslı öz “facebook” səhifəsində yazıb.

Müsavat gənclər komitəsinin sədri Əhliman Abbas isə gənclərin təşkilatdan uzaqlaşdırılmasını onların fəaliyyəti ilə əlaqələndirdi: “ Hər 2 gənc Əsasnamənin müddəalarını kobud şəkildə pozublar. Verilən qərarlara əməl etməyiblər. Əsasnaməyə görə gənclər qəbul olunmuş qərarlara rəayət etməli,təşkilatın şərəf və ləyaqətini uca tutmalı, təşkilat daxili müzakirələrdə iştirak etməlidir. Bütün bunlar nəzərə alınaraq, ümumi qərar əsasında Cavanşir Abbaslı və Kərim Kərimov uzaqlaşdırılıb. Ancaq, bu gənclər partiya üzvü olaraq qalırlar”.

Xatırladaq ki, indiyə qədər Orxan Eyyubzadə, Samir Poladov partiyadan, Azər İnqilabci, Fərid Həsənsoy, Nicat Sərdar, İlkin Sərdar, Kərim Kərimli və Cavanşir Abbaslı gənclər təşkilatından çıxarılıb.

Avropa.info-nun yaydığı xəbərə görə Yaxın günlərdə Müsavat Gənclər Təşilatından xaric olan 8 nəfəri müdafiə məqsədilə 30 yaxın gənc Müsavat GT-dən istefa verəcək. Bu barədə Avropa.info-ya məlumat verən mənbə bildirib ki, bu gənclər Tural Abbaslının Müsavatın yeni başqanı olması üçün fəal mübarizəyə başlayacaqlar. Gənclər bu istiqamətdə sona qədər mübarizə aparmaq niyyətindədirlər. Mənbə bildirib ki, Müsavat Partiyası rəhbərliyində qurultaya qədər Tural Abbaslının tərəfdarlarının mövqelərinin sarsıdılması, onun tərəfdarlarının partiyadan uzaqlaşdırılması xətti tutulub. Bununla razılaşmayan 30-a yaxın gənc partiyanın Gənclər Təşkilatından istefa verməkdə qərarlıdırlar./azadlıq/
1563 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber