Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Bolqarıstanda məscidə hücum olub

Məscidə hücum etmək istəyən 120 nəfər saxlanılıb

Bolqarıstanın Plovdiv şəhərində polis 120-dən çox millətçiləri və futbol azarkeşlərini saxlayıb. Rusiya mətbuatının verdiyi məlumata görə, onlar şəhərin məscidlərindən birini dağıtmaq istəyiblər.

Dünən Plovdiva məhkəməsində Karlova şəhərində olan qədim məscidin müsəlman ictimaiyyətinə qaytarılması ilə bağlı dinlənilmə olub. Həmin məscid 100 il əvvəl dövlət tərəfindən alınmışdı. 2000-ə yaxın insan məhkəmə önündə toplaşıb. Bundan sonra onlar şəhərdə yürüyüş keçirib.

Aksiya iştirakçilarından bəziləri rasist şüarları səsləndirib və məscidlərdən birinə yaxınlaşaraq daş və fişəng atmağa başlayıb. Polis 120-dən çox fəalı saxlayıb. Prokurorluq onların 8-ni dələduzluqda, din əleyhinə cinayətdə və ksenofobiyada ittiham edib.

Çaxnaşmada bir neçə etirazçı və bir polis nəfəri ziyan görüb.

Xatırladaq ki, Bolqarıstan əhalisinin əksəriyyəti pravoslav xristianlarıdır. Müsəlman cəmiyyəti məhkəmə yolu ilə özünün 29 məscid və ölkənin digər obyektkləri üzərində hüququnu məhkəmə yolu ilə bərpa etmək istəyir ki, bu da cəmiyyətin bir hissəsi tərəfindən xoş qarşılanmır./ans/
1548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16