Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Məlun Rüştünün həyatını məhv edən fitvadan 25 il ötür

Fevralın 14-də Tehranın cümə namazına rəhbərlik edən höccətül-islam Kazım Siddiqi namaz xütbəsində ABŞ-a qarşı bəyanatlar səsləndirib.

O, İran İslam Respublikasının lideri Ayətullah Xomeyninin Salman Rüşdü ilə bağlı fitvasının İmamın həyatının qızıl səhifəsi adlandırıb.

Siddiqi bunu həmin fitvanın 25-ci ildönümü ilə bağlı deyib.

25 il öncə Şeytan ayələri kitabına görə, İslam Respublikasının Lideri Rüşdünün ölümünə fitva vermişdi.

İranın Səbzəvar şəhərindəki cümə namazında Ayətullah Qulamhüseyn İbrahimi fitvanınn qüvvədə qaldığını söyləyib. İranın din alimlərinin qənaətincə, bu fitvanı yalnız hökmü verən ləğv edə bilir. Ayətullah Xomeyni isə öldüyü günədək bu fitvanı ləğv etməyib.

2012-ci ildə Rüşdünün ölümünə görə pul mükafatı 500 min dollar da artırıldı. Hazırda Pakistan əsilli Britaniya vətəndaşının başının qiyməti 3 milyon 300 min dollardır.
1377 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...