Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

77 nəfərin qatili Breyvik aclıq elan edəcək

77 nəfərin qatili Breyvik aclıq elan edəcək – PlayStation oyun kompüteri dəyişməsə, Azərbaycanda isə…

Norveçin ən lüks imkanlara malik həbsxanasında yerləşdirilmiş, 77 nəfəri qətlə yetirşmiş Anders Breyvik həbs şəraiti yaxşılaşdırılmayacağı təqdirdə aclıq elan edəcəyi barədə xəbərdarlıq edib. 77 nəfərin qatili olan terrorçunun istəyi isə maraqlı olduğu qədər də qəribədir.

Deyerler.org-un Lenta-ya istinadən verdiyi xəbərə görə, Breyvik Playstation 2 oyun kompüterinin Playstation 3 ilə əvəzlənməsini tələb edib.

Bu xəbər Facebook sosial şəbəkəsində də maraqlı müzakirələrə səbəb olub. Məhbusların saxlanma şəraitindən hər gün şikayət etdiyi Azərbaycanda da bu xəbər maraqlı mülahizələrə səbəb olub.

REAL-ın icra katibi Natiq Cəfərli belə bir status yazıb: “…Şəkidə analoqu olmayan zindanda şərlənərək absurd iddialarla saxlanılan İlqardan isə adi radionu da alıblar ki, qadağandır..”.
1222 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP