Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Türk deputatlar yumruqlaşdılar

TBMM-də biabırçılıq: deputatın burnu sındı 
CHP millət vəkili Əli İhsan Köktürkün məruz qaldığı yumruq zərbəsi ilə burnu sınıb

Türkiyə Böyük Milət Məclisinin (TBMM) plenar iclasında millət vəkilləri arasında dava düşüb. Hadisə Hakimlər və Prokurorlar Ali Şurası (HSYK) barədə qanun layihəsi müzakirə olunarkən baş verib.

Məlumata görə, müzakirə zamanı müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Bülent Tezcan söz istəyərək kürsüyə çıxıb və hökuməti korrupsiyaçı olmaqda ittiham edib.

Vaxtı bitməsinə baxmayaraq çıxışına davam edən Tezcana parlamentin vitse-spikeri Sadiq Yaqut xəbərdarlıq edib. Xəbərdarlığa məhəl qoymayan Bülent Tezcana AKP millət vəkilləri etiraz edib. Tezcanın çıxışına davam etməsi ilə vitse-spiker iclasa fasilə verib.

Bu vaxt AKP millət vəkili Bayram Özçelik kürsüyə Tezcanın yanına gedib və tərəflər arasında mübahisə başlayıb. Mübahisə zəminində Özçelik Tezcana yumruq vurub və bundan sonra millət vəkilləri arasında dava başlayıb. Baş nazirin müavini Beşir Atalay isə yumruqlara məruz qalan Tezcanı xilas etməyə çalışıb.

Tərəflər arasında 5 dəqiqə davam edən dava nəticəsində CHP millət vəkili Əli İhsan Köktürkün məruz qaldığı yumruq zərbəsi ilə burnu sınıb. Millət vəkili təcili yardımla xəstəxanaya çatdırılıb.

AKP-li və CHP-li qadın millət vəkillərinin də mübahisəyə başlaması ilə TBMM-nin pplenar iclası dayandırılıb.

Son günlər TBMM-də millət vəkillərinin mübahisə etməsi və dalaşması intensiv hal alıb./ans/
1577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı