Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Rza Zərrab 25 fevralda sərbəst buraxılacaq

“Rza Zərrab 25 fevfralda sərbəst buraxılacaq”. Bunu Türkiyənin ən məşhur müxalif partiyası CHP-nin başqan köməkçisi və İstanbul millət vəkili Gürsəl Təkin 17 dekabr əməliyyatından danışarkən deyib.

Açıqlamasında höküməti tənqid edən millət vəkili həyatı boyu hər şey istifadə edə biləcək bir Baş nazir görmədiyini bildirərək bu sözləri deyib: “Rəhmətlik Ərbakanı gündüz-günorta vaxtı şamla axtarırıq. O, heç olmasa bu qədər korlanmamışdı”.

17 dekabr əməliyyatıla bağlı danışan CHP-nin başqan müavini Rza Zərrab haqqında bu sözləri deyib: “Rza Zərrab, bu məşhur iş adamı. Böyük ehtimalla tarix verirəm 25 fevralda onu da sərbəst buraxacaqlar. Vurğulayaraq deyirərəm Yalovalılar, 25 fevral onu da sərbəst buraxacaqlar. Təkcə bir şeyi tələb edirəm Yalovadan. Əgər cəsarətiniz çatırsa, şərəfiniz, qürurunuz varsa, 76 milyon insana bir az da olsa hörmətiniz varsa, istədiyim çox sadə bir şeydi; Rza Zərrabın ofisinə girib-çıxan siyasətçilərin videolarını ictimaiyyətlə paylaşın. Çox çətin şey istəyirəm?! Heç olmasa şəkillərini paylaşın. O fotoları görəndə siyasətə nifrət edəcəksiniz. AKP-yə səs verən vətəndaşlarımız nə qədər günah işlədiklərini görəcəklər. İçəridə olanlara həmin siyasətçilər 25 fevrala qədər səəbr edin dedilər”.
1500 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 08:18