Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Marsda tapılan müəmmalı daşın sirri açıldı

Alimlər "Opportunity" marsoxodunun yanında müəmmalı şəkildə peyda olan daşın sirrini açıblar. Ehtimallar belədir: ya həmin daş marsoxodun təkərinin altından çıxıb, ya da ki, meteorit parçasıdır.

Bir neçə aydır ki, yerindən tərpənməyən Opportunity marsoxodunun yanında qəribə ağ-qara rəngli daş yanvar ayında peyda olub. Həmin "qonaq" bloqerlərin diqqətini cəlb edib.

Qeyd edək ki, Opportunity marsoxodu artıq 10 ildir ki, Marsdadır. O, ötən ilin noyabr ayından bəri yerindən tərpənmir.

Həmin daş marsoxodun orada olduğu 3536-cı solda (sol Marsdakı bir günə deyirlər) həmin əşya yox idi. 3537-ci solda isə həmin obyekt peyda olub.

Daş tədqiq edildikdən sonra məlum olub ki, o, kükürd və maqneziumdan ibarətdir. Bu cür daşlar suyun təsiri ilə formalaşır.
1533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber