Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

ABŞ-dan Qarabağa 150 minlik hədiyyə

ABŞ-ın Kaliforniya ştatının cənubunda ən böyük şəhərindən sayılan Montebelloda martın 22-də "Dro" Erməni İnqilab Federasiyasının illik banketi keçiriləcək.

Erməni icmasının yaşadığı şəhərdə banket keçirməkdə məqsəd Dağlıq Qarabağa yardım məqsədi daşıyır. Belə ki, 2005-ci ildən Montebello və Dağlıq Qarabağın mərkəzi Xankəndi (Stepanakert) "qardaşlaşmış" şəhərlər elan olunub.

Şəhərlər arasında əlaqənin göstəricisi kimi onu qeyd etmək lazımdır ki, Montebello şəhər departamenti dəyəri 150 min dollar olan yanğınsöndürmə maşınını Xankəndinə hədiyyə edib. Lakin Qarabağdakı yanğınsöndürmə xidmətinə veriləcək maşının ölçüsü və özəllikləri onun nəqliyyat xərclərinin yüksək olmasına səbəb olub.

Planlaşdırılır ki, yanğınsöndürmə maşını yük gəmisi vasitəsilə Gürcüstanın Poti limanına, oradan isə Ermənistandan keçməklə Xankəndinə çatdırılacaq.

"Dro" təşkilatının martın 22-də təşkil edəcəyi banketdə əsas məqsəd də maşının Qarabağa çatdırılması üçün lazım olan maliyyə vəsaitini toplamaqdır.
1799 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber