Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Liviyada 100-dək məhbus həbsxanadan qaçıb

Liviyanın Zliten şəhərində 100-ə yaxın məhbus həbsxanadan qaçıb.

“Associated Press” agentliyinin verdiyi məlumata görə, polis artıq 19 məhbusu tutub. Məhbuslar tutulan zaman müqavimət göstərdiyindən polis onlara qarşı silah istifadə etməyə məcbur olub. Nəticədə iki məhbus yaralanıb.

Digər məhbusların axtarışları hələlik bir nəticə verməyib. Polis onların qohumlarını dindirir.

Məhbusların həbsxanadan qaçması həmin müəssisənin təhlükəsizliyin zəif təşkil edilməsi ilə əlaqələndirilir.

Məlumatda o qeyd olunur ki, Liviyada qeyri-stabil şəraitin olması səbəbindən islah müəssisələrində təcrübəli mühafizə işçilərin çatışmazlığı yaranıb, bu isə məhbusların qaçması halların artmasına səbəb olub.

Belə ki, 2013-cü ilin yayında Benqazi həbsxanasından da mindən çox məhbus qaçıb.
1465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı