Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Ölkədə avtomobil satışı kəskin azalıb

Son bir həftədə avtomobil bazarında durğunluq müşahidə olunur. Mərkəzi Bankın avtomobil krediti götürənlərə tətbiq etdiyi yeni qaydalar artıq bu həftədən avtomobil bazarında özünü gostərməyə başlayıb. Belə ki, yeni qaydalar bazarda olan bütün avtomobillərin satışına mənfi təsir edib. Satıcıların sözlərinə görə bazarda iki ay əvvəl avtomobil satışı xeyli azalmışdısa, bu həftə vəziyyət daha da acınacaqlıdır, demək olar ki, satış yoxdur.

Alıcılar isə avtomobili nağd almaq məcburiyyətində qaldıqlarını söyləyirlər. Bu hal isə bazardakı kreditlə satılan avtomobillərin satışına təsir edib. Satıcıların dediklərinə görə Rusiya istehsalı olan avtomobillərdə satış tamam dayanıb. İşlənmiş köhnə Rusiya istehsalı avtomobillər gec-gec də olsa satılır, ancaq nəğd qiymətə.

Ekspert Ramin Osmanlı isə Mərkəzi Bankın avtomobil kreditlərinin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərarını mənfi qiymətləndirir. Bu qərarın sosilal və iqtisadi tərəfdən zərərli olduğunu deyən mütəxəssis hesab edir ki, qərar yenidən müzakirə edilməli və yenidən qərar qəbul edilməlidir:

"Azərbaycana il ərzində idxal olunan avtomobillərin sayı yüz mini ötür. Kredit şərtlərinin bu şəkildə olması alıcı tələbini aşağı salacaq. Bazarda olan durğunluq daha da artacaq. Bu gedişin davam etməsi işlənmiş avtomobillərin qiymətinin düşməsi ehtimalını da artırır. Kredit şərtlərinin sərtləşdirilməsi fonunda avtomobillərə tələbatın kəskin azalacağı və təklifin tələbi üstələyəcəyi gözlənilir. Təbii ki, belə olan halda bazarda ucuzlaşma müşahidə olunması qaçılmaz haldır".

Xatırladaq ki, fevral ayının 11-dən etibarən Mərkəzi Bank yeni avtomobil alanlar üçün krediti ilkin ödəniş 50 % olmaqla illik 14-23 % faizlə verir. 1 ildən çox sürülmüş avtomobil almaq istəyənlər isə ümumi məbləğin 70-80 %-ni əvvəlcədən ödəməli və qalan hissəni isə illik 17-27 % -dərəcəsi ilə ödəməlidir. Bundan başqa müştərilərə kredit verərkən onların yalnız banklara olan borcu deyil, digər öhdəlikləri də nəzərə alınır./ans/
1742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi