Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Suriya müharibəsində ölənlərin sayı 140 mini keçdi

Suriya müharibəsində ölənlərin sayı 140 mini keçdi - Müşahidəçi Qrupu
İlk suriyalı 2011-ci il 18 martında ölüb ki, bu rəqəm dünənə qədər 140, 041 nəfəri təşkil edir

Suriya sülh danışqlarının nəticə verməməsi ölkədə qarşıdurmaları daha da şiddətləndirəcək.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, ölkədə daxili müharibə nəticəsində ölənlərin sayı 140 mini keçib.

Müşahidəçi Qrupunun verdiyi bəyanatda bildirilib ki, ilk suriyalı 2011-ci il 18 martında ölüb ki, bu rəqəm dünənə qədər 140, 041 nəfəri təşkil edir.

Mənbə daxili müharibədə ölən mülki vətəndaşların sayının 50 mindən artıq olduğunu bəyan edib.

Bu arada BMT-nin münaqişə üzrə nümayəndəsi Əxdər əl-İbrahimi bu gün keçirilən mətbuat konfransında sülh danışıqlarında ikinci turun bitdiyini və heç bir razılaşmanın əldə edilmədiyini söyləyib.
1519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07