Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2013

İran Böyük Britaniya ilə münasibətləri bərpa edə bilər

Böyük Britaniya və İran arasında diplomatik münasibətlərin bərpa edilməsi müzakirə olunacaq.

Böyük Britaniya və İran rəsmiləri diplomatik münasibətləri bərpa etmək üçün danışıqları davam etdirmək məsələsində razılığa gəliblər. Bu barədə məlumatı İranın rəsmi mətbuatı yayıb.

Məlumata əsasən, bu barədə razılıq İranın atom enerjisi proqramına dair məsələləri müzakirə etmək məqsədilə İranla “5+1” qrupunun Cenevrədə keçirilən növbəti görüş çərçivəsində iki ölkənin diplomatları arasında əldə edilib.

Məlumatda bildirilir ki, növbəti iki həftədə tərəflər diplomatik münasibətlərin bərpası ilə bağlı təkliflər paketini bir-birilərinə təqdim edəcəklər.

Qeyd edək ki, 2011-ci ilin oktyabrında Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücum iki ölkə arasında diplomatik münasibətlərin pozulmasına səbəb olub.
1667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP