Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Əfqanıstanda daha bir azərbaycanlı öldürülüb

Əfqanıstanda daha bir azərbaycanlı öldürülüb. Öldürülən şəxs Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verildiyi məlum olub. Həmin şəxs Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşub. Bakı şəhər sakini, 31 yaşlı Tərlan Məmmədov koalisiya qüvvələri tərəfindən öldürülüb. İnterpolun saytındakı məlumatda bildirilir ki, Tərlan Məmmədov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Artıq İnterpol xətti ilə axtarışda olan azərbaycanlılar - Xudat şəhər sakini, 39 yaşlı Urfan Ağcabəyovun Suriyada, Bakı şəhər sakini, 46 yaşlı Akif Osmanov, Sumqayıt şəhər sakini, 36 yaşlı İmran Qasımov, Füzuli rayon sakini, 39 yaşlı Müşfiq Bayramov, Şəki rayon sakini, 36 yaşlı Azar Yusubovun isə Əfqanıstanda öldürülməsi barədə məlumat yayılıb./apa/
1554 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41