Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

“Xədicə İsmayıla istinadən yayılan sənəddə hər hansı bir yenilik yoxdur”

Zərdüşt Əlizadə: “Dezinformasiya xarakterli məlumatların həqiqət olduğunu cəmiyyətə sırımaq üçün hazırlanan siyahının 70-80%-i həqiqət, 20-30% isə yalan olmalıdır”

“Eynulla Fətullayevin Xədicə İsmayıla istinadən yaydığı sənədin məzmununda Azərbaycan hakimiyyətinin qanunsuz üsul və idarəsi ilə bağlı hər hansı bir yenilik yoxdur. Həmin sözlər bu günə qədər min dəfələrlə deyilməklə yanaşı, mətbuatda da yazılıb. Azərbaycan hakimiyyətinin korrupsiya içində boğulması və zora əl atması hamıya gün kimi aydındır.”

Bu sözləri FaktXeber.com-a politoloq Zərdüşt Əlizadə Eynulla Fətullayevin yayımladığı ”satqın siyahı”sına münasibət bildirərkən qeyd edib. Müsahibin sözlərinə görə, Eynulla Fətullayev bu cür informasiya ilə göstərməyə çalışır ki, Xədicə Ismayıl guya hansısa dövlət sirlərini xarici kəşfiyyata satıb:

“Əvvəla burada heç bir sirr yoxdur. Orada göstərilənlər hamıya gün kimi aydın olan sadə həqiqətlərdir. Digər tərəfdən mən əminəm ki, amerikanlar Azərbaycanın hakim dairəsinin və zümrəsinin oğurladığı həqiqətlər barədə cəmiyyətimizin bildiklərindən yüz dəfə çox bilir. Onların dünyada kifayət qədər qlobal maliyyə şəbəkələri var.”

Sənəddə adları çəkilən şəxslərlə bağlı göstərilən siyahıya da münasibət bildirən Zərdüşt Əlizadə bunları söylədi: “Dezinformasiya xarakterli məlumatların həqiqət olduğunu cəmiyyətə sırımaq üçün hazırlanan siyahının 70-80%-i həqiqət, 20-30% isə yalan olmalıdır.

“Satqın siyahı”sında elə adamların adı var ki, onların hakimiyyətlə əməkdaşlıq etməsinə heç kəs şübhə etmir. Bu barədə kifayət qədər açıq-aşkar məlumatlar var. Lakin elə adamlar var ki, onların hakimiyyətlə əməkdaşlığı mümkün deyil. Belə bir şəraitdə xüsusi xidmət orqanları sözügedən dezinformasiyanı yaymaq üçün hansısa media orqanından kanalizasiya kimi istifadə edirlər. Belə ki, bu cür çirkab suyu axıtmaqla fikirləri və düşüncələri zəhərləyirlər.”
1380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24