Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2014

Nardaranda "Quran işığında" adlı tədbir keçrildi

Keçən ayın 15-i (15.01.2014) olduğu kimi bugün də, Bakının ətrafında yerləşən Nardaran kəndində, İmam Museyi - Kazim (ə)-ın əziz qızı Xanım Rəhimə (s.ə) Hüseyniyyəsində İmam Sahibi əz Zaman ağanın (ə.f) zühuruna həsr olunan "Quran işığında" adlı Quran məclisi keçrildi. Bu məclisdə Nardaran qəsəbəsinin iffətli, ismətli hicablı xanımları böyük şövq ilə iştirak edərək əllərindəki Quranlarla bu mərasimi daha da zinətləndirdilər.
 İmam Sahibi əz Zaman (ə.f) ağanın müqəddəs "Fərəc" duası ilə başlayan məclis Hacıxanımların gözəl çıxışları ilə davam etdi. Xanımların çıxışlarında Qurani Kərimin cəmiyyətdə rolu, prinsipləri və insanlığa ünvanlanan mühüm amillərindən söhbət açıldı.

Sonra Qurana həsr olunan şer və ilahilərlə məclisə yeni zinət verilmiş,rəngarənglik qatıldı.

 Mərasimdə həmçinin Əhli-beyt əleyhüssəlamlarınhəyatında Qurani Kərimin mövqe və hədəflərindən söhbətaçılaraq cəmiyyətimizə mesajlar verildi.

Məclisdə Quran tilavət edildi, Peyğəmbər (s) və pak Əhli-beytinə (ə) səlam və salavat göndərildi.

Məclisdə daha sonra Mübarək Qurani Kərim cüzlər şəklində paylanaraq necə-necə Quran xətm olundu.

İmam Sahibi əz Zaman ağanın (ə.f) zühuruna həsr olunan bu məclisin bundan sonrada davamlı olaraq hər ayın 15-i keçiriləcəyi vurğulandı.

 Bu ilahi tədbirin bütün ölkə səviyyəsində bir tədbir olmasını və davamının gəlməsini əziz və mehriban Allahdan arzu edirik.

  nardaranpiri.com 

 
1394 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı