Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2019

Pankisidə çeçenlərlə toqquşma - 15 polis yaralandı

Gürcüstandakı Pankisi dərəsində hüquq-mühafizə orqanları ilə yerli əhali arasında toqquşmalar başlayıb.

Bu məlumatı “Xronika+” qəzeti yayıb. Məlumata görə, etirazlara səbəb Pankisi dərəsində hökumətin yenidən “Xadori” su elektrik stansiyasının tikintisini başlatması olub. Yerli əhali dəyənəklərlə silahlanıb və polisə müqavimət göstərməyə başlayıb. Əraziyə xüsusi təyinatlılar yeridilib, onlar isə etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələr tətbiq ediblər.

Toqquşmalar zamanı 15 polis əməkdaşı xəsarət alıb.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariya deyib.

Qeyd edək ki, Pankisi dərəsindəki əhalinin əksəriyyətini çeçenlər təşkil edir.
183 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP