Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2019

İmran Xan: Sanksiyalara baxmayaraq İranla münasibətlərimizi genişləndirəcəyik

İranda səfərdə olan Pakistanın baş naziri İmran Xan bu gün günortadan sonra Tehran Ticarət Otağının nümayəndələri ilə görüşüb. Baş nazir bu görüşdə deyib: “İrana səfərimiz çox səmərəli oldu. İranlıların, xüsusilə də prezident doktor Ruhaninin qonaqpərvərliyinə görə minnətdarlığımı bildirirəm. Bu səfərin iki ölkə arasında iqtisadi mübadilələri daha da artıracağına inanıram.”
İmran Xan Cənub-şərqi Asiya ölkələrinin ticarət mübadilələrinin miqdarının çox yüksək olmasına toxunaraq deyib: “Bugün diqqəti çəkən iqtisadi nailiyyətlər əldə edən Cənub-şərqi Asiya ölkələri illər öncə öz qonşuları ilə yaxşı münasibətlər qurublar. Heyiflər olsun ki, bu mövzu bizim regionumuzda və Pakistan, İran, Əfqanıstan və Hindistan kimi ölkələr arasında geniş deyil.”
Pakistan baş naziri əlavə edib: “İran və Pakistan arasında müxtəlif sahələrdə, o cümlədən ticarət sahəsində əməkdaşlıq etmək üçün böyük potensiallar mövcuddur. Biz bu imkanlardan faydalanaraq onu həyata keçirməliyik.”
İran əleyhinə sanksiyaların tətbiq edilməsinə toxunan İmran Xan deyib: “Sanksiyaların məhdidiyyətlər yaratmasına və Pakistanın da özünəməxsus bir sıra problemlərinin olmasına baxmayaraq, biz İranla ticarət əlaqələrimizi genişləndirmək üçün yollar tapacağıq. Hal-hazırda iki ölkənin iqtisadi sahələrdə öz əməkdaşlıqlarını artırmasının vaxtı çatmışdır.”
135 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
Go to TOP