Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

Məhəmməd Mursiyə qarşı yeni məhkəmə prosesi başlayır

Bu gün Misirin sabiq prezidenti Məhəmməd Mursi və onun 35 silahdaşına qarşı irəli sürülən casusluq ittihamı ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası keçiriləcək.

“RİA Novosti”nin verdiyi xəbərə görə, istintaqın materiallarına əsasən, Məhəmməd Mursi və “Müsəlman qardaşlar” hərəkatının bir qrup rəhbər şəxsləri bir neçə xarici dövlət və təşkilatın xeyrinə casusluq ediblər və ölkə ərazisində terror aktları hazırlayan ekstremist qruplaşmaların fəaliyyətini əlaqələndiriblər. Mursi ilə birlikdə “Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Badia da daxil olmaqla daha 20 nəfər canlı efirdə yayımlanacaq məhkəmə qarşısına çıxacaq. Misir Prokurorluğunun məlumatına görə, daha 15 müqəssir istintaqdan yayınaraq xarici ölkələrə gedib.

Qeyd edək ki, bu gün başlayacaq proses Misirin sabiq prezidenti və onun yaxın silahdaşlarına qarşı irəli sürülən bir neçə ittihamlardan ən ciddisi 2012-ci ilin dekabrında prezident iqamətgahı qarşısında etirazçıların qətlə yetirilməsidir.
1348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08
Ustad Qiraəti