Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

3600 illik tarixi olan mumiya aşkarlanıb

Yeni mumiya eramızdan əvvəl 1600-cü ildə fironların 17-ci sülaləsinin hakimiyyəti zamanı hazırlanıb

İspaniya arxeoloqları Misirin cənubundakı Luksor şəhərində qazıntılar aparırlar. Misir KİV-ləri xəbər verirlər ki, qazıntılar zamanı maraqlı qədim nümunələr aşkarlanıb. O cümlədən, İspaniya arxeoloqları təxmini hesablamalara görə 3600 yaşı olan mumiya aşkarlamışlar. Misirin Qədim və Tarixi Abidələr Nazirliyinin məlumatına görə, yeni mumiya eramızdan əvvəl 1600-cü ildə fironların 17-ci sülaləsinin hakimiyyəti zamanı hazırlanıb.

Qədim və tarixi abidələr üzrə nazir Məhəmməd İbrahim bildirib ki, sarkofaqda tapılmış mumiya yüksək vəzifəli məmura mənsubdur. M.İbrahim deyib: “Sarkofaqda həmin məmurun adı yazılıb, lakin sarkofaq 3600 il əvvəl hazırlandığı üçün hələlik heroqlifləri oxumaq mümkün olmayıb”./AzərTAc/
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı