Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2019

CNN Şri Lankada terror aktlarının icraçılarının adlarını açıqlayıb

Şri Lankada kilsələrdə və mehmanxanalarda partlayışlar törədən kamikadzelər Asiya ölkəsinin ədviyyatlarının ən böyük ixracatçısı olan "Ishana Exports" şirkətinin banisinin oğullarıdırlar.

Qazeta xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN bildirib.

Qeyd edilir ki, hücumları xüsusi halda İmsat Əhməd İbrahim və İlham Əhməd İbrahim həyata keçiriblər. Onlar "Ishana Exports" şirkətinin banisi Məhəmməd İbrahimin oğullarıdır. Telekanal əlavə edib ki, şirkət Şri Lankadan ədviyyatları ixrac edən Kolombonun ən böyük müəssisəsidir.

Xatırladaq ki, bazar günü – aprelin 21-də, Şri Lankada silsilə partlayışlar törədilib. Partlayışlar nəticəsində 359 nəfər həlak olub.

Hadisə ilə bağlı 40 nəfər şübhəli şəxs kimi saxlanılıb. Partlayışlara görə məsuliyyət İŞİD terror qruplaşması üzərinə götürüb.
173 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP