Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

Helikopter taksilər buraxıla bilər

Uçan taksilərin meydana gəlməsi üçün federal qanunvericilikdə dəyişikliklər tələb edilir

Moskva yaxın gələcəkdə helikopter taksilər buraxmağa hazırlaşır. Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə şənbə günü Moskva merinin müavini və Nəqliyyat və yol-nəqliyyat infrostrukturunun inkişafı departamentinin rəhbəri Maksim Liksutov məlumat verib. Onun sözlərinə görə, Rusiya paytaxtında helicopter taksilərin meydana gəlməsi üçün mütləq uzun bürokratiya yolu keçilməlidir.

“Hələki, mən deyə bilmərəm ki sabah bizdə helicopter taksilər uçacaq. Amma, biz Rusiya Nəqliyyat Naziyliyindəki həmkarlarımızla belə şeyləri nəzərdən keçiririk. Amma, onlar federal qanunvericilikdə dəyişikliklər tələb edir. Buna görə də bu məsələ tam olaraq Moskva hökümətinin səlahiyyətində deyil. Ancaq, biz helicopter taksilərin olmasında maraqlıyıq”,-deyə Liksutov bildirib.

Məmur bildirib ki, indi federal qurum bütün uçuşları Moskva dairəvi avtomobil yolu daxilində razılaşdırır. Xüsusi icazə yalnız DİN, Fövqəladə Vəziyyətlər Nazirliyi və təcili yardım maşınlarına var.
1383 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:41