Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2019

Terrorçular Latın Amerikasına yerləşdirilir – QRU

ABŞ Latın Amerikasında tam nəzarət etməyə cəhd edir.

Bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov deyib. Onun sözlərinə görə, ABŞ Latın Amerikasını özünün milli maraqları üçün vacib strateji zona hesab edir. O, ABŞ-ın xarici siyasətinin regionun təhlükəsizliyi üçün əsas təhdid olduğunu bildirib:

“Latın Amerikası ölkələrinin əksəriyyəti ABŞ-dan asılı vəziyyətdədir. Daha dəqiq desək onlar amerikalıların maliyyə strukturundan asılıdırlar”.

O həmçinin Latın Amerikasında xüsusilə terrorçular üçün hazırlıq düşərgələrinin peyda ola biləcəyini iddia edib. Kostyukov regionda Əl Qaidə və İŞİD kimi terror təşkilatının nümayəndələrinin fəaliyyətlərinin qeydə alındığını deyib:

“Onlar Yaxın Şərq və Orta Afrikada öz sıralarının doldurulması üçün döyüşçü axtarırlar. Üstəlik, buradakı 6 milyon müsəlman arasında ekstremist ideologiya təbliğ edilir”.
183 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP