Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

Elşad Abdullayevin həbs xəbəri yayıldı

Bu dəqiqələrdə Fransadakı mənbələrin birindən "Təzadlar"a şok məlumat daxil olub. Elektron poçtaya daxil olan məktubda Beynəlxalq axtarışda olan Elşad Abdullayevin xarici ölkələrin birindən Fransaya qayıdarkən aeroportda saxlanıldığı bildirilir: "Bizə yaxın olan Türkiyəli dostlarımız İsveçrədən geri qayıdarkən aeroportda bunun şahidi olublar... Məlum olub ki, ötən həftə Azərbaycandan gəlmiş nümayəndələr Fransa hakimiyyət orqanlarına onun saxlanılaraq Azərbaycana təhvil verilməsini xahiş ediblər. Hətta bizə bildirdilər ki, bu barədə Fransa prezidenti bir müddət əvvəl Azərbaycanda olanda bu məsələ ölkə rəhbərləri səviyyəsində razılaşdırılıb...".

Məsələ ilə bağlı Elşad Abdullayevin elektron poçtuna iki məktub yazsaq da hələki cavab yoxdur.

***

Xatırladaq ki, hələ ötən ilin avqustunda İnsan orqanlarının qanunsuz köçürülməsində təqsirləndirilən Tibb Mərkəzinin direktoru barəsində cinayət işinin baxılması üçün məhkəməyə göndərilməsi barədə rəsmi açıqlama verilmişdi. Baş Prokurorluğunun mətbuat xidmətindən "Təzadlar"a verilən məlumata görə isə "İnsan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukraynanın hüquq mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Universitetinin rektoru Elşad Abdullayevin, tabeçiliyində olan Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılovaya həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda qanunsuz göstəriş verməklə İsrail vətəndaşları Boris Volfman, Yuri Katsman və digərləri ilə əlbir olub cinayət əlaqəsinə girərək “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozaraq, 2009-cu ilin mart-dekabr aylarında Ukraynadan Azərbaycan Respublikasına gətirilmiş təqsirkar şəxslərdən maddi cəhətdən asılı olan donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb 11 nəfər İsrail, 1 nəfər Fransa və 1 nəfər ABŞ vətəndaşları olan resipiyentlərə köçürülməsi ilə bağlı 13 cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaratması, həmçinin Dilarə İsmayılovanın hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparmadan nağd qaydada ümumilikdə 130.0 min ABŞ dolları məbləğində pulu alaraq mərkəzin kassasına mədaxil etmədən Elşad Abdullayevə verməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında şübhələnmək üçün əsaslar olduğundan cinayət işi üzrə Elşad Abdullayev və Dilarə İsmayılova Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Həmin cinayət işinin materiallarından Dilarə İsmayılova barəsində Cinayət Məcəlləsinin 137.3 və 308.2-ci maddələri ilə cinayət işi ayrılmaqla istintaqı tamamlanaraq 26 avqust 2013-cü il tarixində baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Elşad Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir".


Deməli, E.Abdullayevin saxlanılmasının hüquqi əsasları mövcuddur və əslində, Baş Prokurorluq onun həbsində hələki çox gecikir. Niyə?/musavat/
1147 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı