Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

“Türkiyə İrandan neft və təbii qaz idxalını davam etdirəcək”

Taner Yıldız: “Türkiyə İrandan neft və təbii qaz idxalını davam etdirəcək”

“Türkiyə İrandan neft və təbii qaz idxalını davam etdirəcək”.  “Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

T. Yıldız 1996-cı ildə Nəcməddin Ərbakanın Türkiyənin baş naziri olduğu dövrdə iki ölkə arasında “mavi yanacağ”ın alqı-satqısı ilə bağlı razılaşma imzalandığını xatırladıb: “Bu müqavilənin icraya yönəlməsi ilə iki ölkə arasında ticarət və iqtisadiyyat da daxil olmaqla bütün sahələrdə əlaqələr ciddi şəkildə reallaşıb. Bu səbəbdən razılaşmaların əlaqələrin inkişafında çox mühüm rolu var. İki ölkə arasında xüsusilə ticarət və iqtisadiyyat başda olmaqla bütün sahələrdə əlaqələr daha da inkişaf etdirilməlidir”.

T.Yıldız deyib ki, Türkiyə İranın “Xalq Bankı”ndakı hesablarına əməliyyatı rəsmi şəkildə həyata keçirir: “Biz fakturalı əməliyyat həyata keçiririk və əvvəldən də belə edirdik. Bu tamamilə qanuni bir əməliyyatdır. Yəni biz qeyri-qanuni əməliyyat həyata keçirmirik. İrandan yenə də təbii qaz idxal edirik. Ancaq bu ölkənin hesabını qızılla deyil, dollarla köçürürük. Əslində ən münasib sistem barter sistemidir. Çünki qızılla mübadilə Türkiyənin xeyrinə olurdu”./apa/
1573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi