Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

16 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi ərazilərində az yağıntılı olacağı gözlənilir. Arabir güclənən mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Fevralın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6-9 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.
1489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber