Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2019

Müqtəda Sədr Amerikanın Bağdaddakı səfirliyini hücumla təhdid etdi

İraq “Sədr Hərəkatı”nın baş katibi xarici müdaxilə ilə mübarizə istiqamətində Amerikanın Bağdaddakı səfirliyinin bağlanmasını təklif edib.

Sədr Hərakatının baş katibi və hal-hazırda hakimiyyətdə olan Sairun koalisiyasının rəhbəri Müqtəda Sədr Amerikanın İraqdakı səfirliyini təhdid edib.
Müqtəda Sədr keçən gün (şənbə) bəyanatla çıxış edərək İraqın daxili işlərinə xarici müdaxilənin artdığını və bu məsələdən narahat olduğunu bildirib, Amerika səfirliyinin bağlanmasını çıxış yollarından biri olaraq təklif edib.

Sairun koalisiyasının lideri deyib ki, İraq İranla yaxşı münasibətlər qurmaq ardıncadır. Belə ki, İraq İrana hücum məkanına çevrilməməlidir və Tehranın siyasətləri də İraq xalqının ziyanına səbəb olmamalıdır.
Hərəkat rəhbəri həmçinin təklif edib ki, İraq dövləti Avropa Birliyinə, İslam Əməkdaşlıq Təşkilatına və BMT-yə heyətlər göndərsin və İraqı regionda baş verən qarşıdurmalardan uzaq saxlamaq üçün bu təşkilatlarla danışıqlar aparsın, onların təklif etdiyi həll yollarından istifadə etsin.

Müqtəda Sədr həmçinin təklif edib ki, İraq Ərəbistana heyət göndərsin, İran və Ərəbistan arasında münasibətlərin yaxşılaşması üçün vasitəçilik etsin, İraq dövləti İran və Ərəbistanla ikitərəfli, ya üçtərəfli sülh müqaviləsinin imzalanmasına təlaş etsin.
Sədr Hərəkatının baş katibi Amerika səfirliyini hücumla hədələyərək deyib: “İraq regiondakı qarşıdurmalara qatılmağa məcbur edilərsə, Amerikanın İraqdakı səfirliyi bağlanmalıdır. Əks təqdirdə bu səfirlik müqavimət qüvvələrinin hücumuna məruz qalacaq.”

Hərəkat lideri Yəmən müharibəsinin dərhal dayandırılmasını, Bəhreyn və Ərəbistan dövlət başçılarının istefa verməsini, İraqın Həşd-Şəbi və digər qüvvələrinin Suriyadan çıxaraq İraqa qayıtmalarını istəyib.
O, bəyanatının davamında bildirib ki, Tramp və Netanyahu koalisiyasının İraqın təhlükəsizlik və xalqına ziyanları davam edərsə, İraq dövləti buna qarşılıqlı cavab verməli, Amerika-sionizm koalisiyası qarşısında özünü müdafiə etməlidir.
328 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP