Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

Merkel ABŞ-dan yan keçən şəbəkə yaratmaq istəyir

Almaniya kansleri Angela Merkel elektron məktubların, başqa məlumatların avtomatik olaraq ABŞ-dan keçməməsi üçün Fransa ilə yeni Avropa kommunikasiya şəbəkəsi yaratmağın mümkünlüyümü müzakirə edəcəyini bəyan edib.

Merkel Fransaya gələn həftə edəcəyi səfər çərçivəsində bu məsələni bir daha prezident Fransua Ollandla söhbətdə qaldıracağını söyləyib.

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsini qaçqın əməkdaşı Edvard Snoudendən alınan məlumatlar əsasında hazırlanmış ifşaedici məqalələr bir sıra Avropa nəşrlərində ötən ilin payızında dərc olunmuşdu və dərhal da diplomatik qalmaq yaratmışdı.

Həmin məqalələrə görə, ABŞ telefon danışıqlarını kütləvi şəkildə dinləyir, ona dost ölkələr də daxil, milyonlarla abonentin məlumatını ələ keçirirmiş. Məlum olmuşdu ki, Vaşinqton Merkelin özünün də telefon danışıqlarına qulaq asırmış./musavat/
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56
“Akula Akif”